Biz necə işləyirik

Vending aparatlarının seçimi və təchizatı təkcə cihazın alınması deyil, düzgün planlaşdırma və icra tələb edən layihədir.
Biz hər bir sifarişə layihə yanaşması ilə yanaşır və prosesi müştəri üçün aydın və şəffaf şəkildə idarə edirik.

1️⃣ Tələblərin müəyyən edilməsi

Əməkdaşlığın ilk mərhələsində müştərinin ehtiyaclarını və yerləşdirmə mühitini öyrənirik.
Bu mərhələdə aparatın hansı məqsədlə istifadə olunacağı, harada yerləşdiriləcəyi və hansı məhsulların satılacağı müəyyən edilir.

Bu mərhələdə adətən aşağıdakı suallar dəqiqləşdirilir:

  • Aparatın yerləşdiriləcəyi məkan
  • Satılacaq məhsul növü
  • Gündəlik istifadə intensivliyi
  • Ödəniş üsulları ilə bağlı gözləntilər

2️⃣ Aparat seçimi və konfiqurasiya

Toplanan məlumatlara əsasən müştəri üçün uyğun vending aparatı seçilir.
Aparatın ölçüsü, daxili quruluşu, məhsul tutumu və ödəniş sistemi yerləşdirmə mühitinə uyğun şəkildə konfiqurasiya olunur.

Bu mərhələdə:

  • Aparat növü müəyyən edilir
  • Ödəniş sistemi seçilir
  • Texniki imkanlar layihəyə uyğunlaşdırılır

3️⃣ Müqavilə və sifarişin rəsmiləşdirilməsi

Bütün vending aparatları rəsmi müqavilə əsasında təqdim olunur.
Müqavilədə aparatın konfiqurasiyası, icra mərhələləri və tərəflərin öhdəlikləri əks olunur.

Biz Azərbaycanda, Bakı şəhərində rəsmi qeydiyyatdan keçmiş şirkətik və bütün sifarişlər sənədləşdirilmiş şəkildə həyata keçirilir.

4️⃣ İstehsal və hazırlıq prosesi

Vending aparatları adətən sifariş əsasında istehsal olunur.
Bu yanaşma aparatın layihə tələbinə uyğun şəkildə hazırlanmasına imkan verir.

  • İstehsal müddəti adətən 10–30 gün təşkil edir
  • Bu mərhələdə aparat sifarişə uyğun hazırlanır və yoxlanılır

5️⃣ Çatdırılma və quraşdırma

İstehsal tamamlandıqdan sonra aparat rəsmi logistika kanalları vasitəsilə çatdırılır.
Çatdırılma müddəti adətən 30–40 gün arasında dəyişir və logistika prosesindən asılıdır.

Aparat yerində quraşdırılır və istifadəyə hazır vəziyyətə gətirilir.

6️⃣ Ödəniş prosesi

Vending aparatları layihə əsaslı sifarişlə təqdim olunur və ödəniş mərhələli şəkildə həyata keçirilir.

Ödəniş prosesi sifarişin icra mərhələlərinə uyğun şəkildə razılaşdırılır.
Bu yanaşma həm müştəri, həm də təchizat prosesi üçün balanslı və təhlükəsizdir.

7️⃣ Texniki dəstək və sonrakı əməkdaşlıq

Quraşdırmadan sonra müştəriyə ilkin texniki dəstək və istifadə ilə bağlı məsləhətlər təqdim olunur.
Lazım olduqda texniki məsələlərlə bağlı dəstək göstərilir.

Bəzi layihələrdə müştərilərin mövcud idarəetmə və ya ERP sistemləri ilə inteqrasiya imkanları ayrıca qiymətləndirilə bilər.

8️⃣ Əlavə dəstək (yerləşdirmə ilə bağlı)

Hal-hazırda biz vending aparatlarının birbaşa yerləşdirilməsi və ya icarəsi ilə məşğul olmuruq.
Lakin aparat almaq istəyən və uyğun yerləşdirmə məkanı axtaran müştərilər üçün əlaqələndirmə dəstəyi göstərə bilərik.

FAQ

1.Siz vending aparatlarını icarəyə verirsinizmi?

Xeyr, biz vending aparatlarının icarəsi ilə məşğul olmuruq. Yalnız aparat satışı və layihə əsaslı həllər təqdim olunur.

2.Aparatların seçilməsində kömək edirsinizmi?

Bəli, yerləşdirmə mühiti və məhsul növü əsasında uyğun aparatın seçilməsində məsləhət göstərilir.

3.Əməkdaşlıq müqavilə əsasında aparılırmı?

Bəli, bütün layihələr rəsmi müqavilə əsasında həyata keçirilir.

Bu iş modeli əsasən qəhvə və qida vending aparatları layihələrində tətbiq olunur.

Əgər vending aparatı layihəsi ilə maraqlanırsınızsa və prosesi aydın şəkildə anlamaq istəyirsinizsə,bizimlə əlaqə saxlayın və layihəniz üçün məsləhət alın.